19.02.2020 18:00
416


Türkiyə Super Liqasının 23-cü turunda keçiriləcək "Fənərbaxça" – "Qalatasaray" oyununun hakimi bəlli olub.
Cempion.az xəbər verir ki, Komitə tərəfindən verilən açıqlamaya görə, 23 fevral 20:00-da başlayacaq və oyunu hakim Halil Umut Meler idarə edəcək. Melerin köməkçiləri isə Mustafa Emre Eyisoy və Kerem Ersoy olacaq.
Xəbərdə qeyd edilir ki, qarşılaşmanın dördüncü hakimi Koray Gençerler seçilib.