çərşənbə axşamı, 23 aprel 2024

BİZİM FUTBOL

Emil Balayev Norveç klubuna transfer ola bilər

19.02.2020 19:10 Oxundu 401


Qış fasiləsində Qazaxıstan təmsilçisi "Tobol"dan ayrılan Azərbaycan millisinin qapıçısı Emil Balayevin Norveç klubuna keçidi bu həftə baş tuta bilər.
Cempion.az xəbər verir ki, Balayev Skandinaviya ölkəsinə qarşıdakı günlərdə yollanacaq.

26 yaşlı əlcək sahibi hələlik adı gizli saxlanılan klubun infrastrukturu, şəraiti ilə tanış olduqdan və şərtləri müzakirə etdikdən sonra təklifi cavablandıracaq. Norveçin Elit seriyasında çıxış edən komanda ötən mövsümü ilk "beşlik"də başa vurub.

Qeyd edək ki, Emil Balayev erməni mütəxəssis Qriqori Babayanın "Tobol"a baş məşqçi təyin olunmasından sonra Kostanay təmsilçisindən ayrılıb. Hazırda klubsuz olan qolkiper millinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun rəhbərliyi altında Bakı Olimpiya Stadionunun ehtiyat meydanında fərdi məşq edir.