şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

“Latsio” “Çelsi”nin hücumçusunu transfer etmək istəyir

19.02.2020 20:00 Oxundu 371

İtaliyanın “Latsio” klubu “Çelsi”nin hücumçusu Oliviye Jirunu heyətinə cəlb etməyə çalışır.
Cempion.az “Tuttomercato”ya istinadən xəbər verir ki, Roma təmsilçisi 33 yaşl futbolçunun meneceri ilə görüşərək müzakirə aparıb. Hücumçunun bu ilin yayında “Çelsi” ilə müqaviləsinin başa çatması və azad agent sutatusuna malik olacağı onu transfer etmək istəyən klubların sayını artır. Milan “İnter”i də fransalı forvardla danışıq aparır.

Qeyd edək ki, Jiru bu mövsüm “Çelsi”də cəmi 8 oyuna çıxıb və 1 qol vurub. Qış transfer dövründə bir çox İtaliya klubu onunla maraqlansa da, Jiru “Çelsi”də qaldı.