20.02.2020 13:00
393

"Çelsi"nin futbolçusu Nqolo Kante 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Cempion.az Britaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb fransalı yarımmüdafiəçinin İngiltərə Premyer Liqasının 26-cı turunda "Mançester Yunayted"ə qarşı matçda (0:2) zədələnməsidir.
Bu isə o deməkdir ki, Kante ölkə çempionatında "Tottenhem", "Bornmut", Çempionlar Liqasında "Bavariya" və İngiltərə kubokunda "Liverpul"la oyunları buraxacaq.