cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

Messi: "Belə bir vəziyyətdə nə olacağını bilmirəm"

20.02.2020 12:45 Oxundu 386


"Mançester Siti"nin avrokuboklardan kənarlaşdırılması xəbəri məni çox təəccübləndirdi. Çünki heç kim bunun mümkün olacağını düşünmürdü".
Cempion.az xəbər verir ki, bu fikirləri İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messi "Mundo Deportivo"ya açıqlamasında bildirib.

33 yaşlı argentinalı ulduz futbolçu Fransa "PSJ"sinin daha öncə eyni səbəbdən yalnız cərimə ödədiyini söyləyib: "Amma bunun dəqiq necə olduğunu xatırlamıram. Oyunçuların səviyyəsi və klubun xərclədiyi məbləğ nəzərə alınanda "Mançester Siti" klubunun Çempionlar Liqasında iştirak etməməsi qəribə olacaq".

Təcrübəli oyunçu "Serxio Aquero "MS"-dən ayrılmaq istəyərsə, "Barselona" onu almalıdırmı" sualını isə bu cür cavablandırıb: "Belə bir vəziyyətdə nə olacağını bilmirəm. Ancaq komanda Çempionlar Liqasında iştirak etmirsə, bir çox futbolçu ayrılmaq barədə düşünə bilər. CL möhtəşəm bir turnirdir. Mənim fikirimcə, hər bir futbolçununda arzusudur ki, bu yarışda iştirak etsin. Bu turnirdən kənarda qalmaq "Mançester Siti"yə çox təsir edə bilər".

Qeyd edək ki, UEFA maliyyə-feyr pley qaydalarını pozduğu üçün Mançester təmsilçisini 2 il müddətinə Çempionlar Liqası və Avropa Liqasından kənarlaşdırıb. Klub həmçinin 30 milyon avro məbləğində cərimələnib.