çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Cütlər müəyyənləşdi

05.08.2016 13:35 Oxundu 471

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkatması keçirilib. Qrup mərhələsinə son 10 vəsiqəyə 20 iddiaçının rəqibləri bəlli olub.Öz ölkəsinin çempionu olanlar pley-offun 5 cütünü təşkil edib. Azərbaycan çempionu “Qarabağ”ı yarışdan kənarlaşdıran Çexiya “Viktoriya” Bolqarıstan “Lüdoqorets”i ilə düşüb.

Çempion olmayanların mübarizəsində də 10 komanda 5 cütdə mübarizə aparacaq. “Böyük beşlik” təmsilçilərinin iştirakı ilə bir duel baş tutacaq. “Vilyarreal” “Monako” ilə görüşəcək. Bundan başqa, “Porto” ilə “Roma” arasında duel də maraq kəsb edir.

Qeyd edək ki, bu mərhələnin ilk görüşləri avqustun 16-17-də, cavab qarşılaşmaları 23-24-də baş tutacaq.

Çempionlar Liqası

Pley-off mərhələsi (16-17 və 23-24 avqust)

Çempionlar yolu

“Ludoqorets” (Bolqarıstan) - “Viktoriya” (Çexiya)

“Seltik” (Şotlandiya) - “Hapoel” (Beyer-Şeva, İsrail)

“Kopenhagen” (Danimarka) - APOEL (Kipr)

“Dandalk” (İrlandiya) - “Legiya” (Polşa)

“Dinamo” (Xorvatiya) - “Zalsburq” (Avstriya)

Liqa yolu

“Styaua” (Rumıniya) - “Mançester Siti” (İngiltərə)

“Porto” (Portuqaliya) - “Roma” (İtaliya)

“Ayaks” (Hollandiya) - “Rostov” (Rusiya)

“Yanq Boyz” (İsveçrə) - “Borussiya” (M, Almaniya)

“Vilyarreal” (İspaniya) - “Monako” (Fransa)