cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

Öz ayağı ilə koronovirusun qucağına getdi

21.02.2020 13:37 Oxundu 399


“Sevilya”nın futbolçusu Daniel Karrisu karyerasını Çində davam etdirəcək.

Cempion.az xəbər verir ki, 31 yaşlı müdafiəçi “Uhan Zall”a keçib. Karrisu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Karrisunun koronovirusun üzə çıxdığı və ən çox yayıldığı Uhan şəhərinin təmsilçisinə transferi birmənalı qarşılanmayıb. Karrisu 2014-cü ilin yayından “Sevilya”da çıxış edirdi.