cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

PSJ-nin prezidenti rüşvət verməkdə ittiham olunur

21.02.2020 14:35 Oxundu 415


İsveçrə Baş Prokurorluğu PSJ-nin prezidenti və "BeIN Media Group"un sahibi  Nasser Əl-Xəlafini korrupsiya cinayətində ittiham edib.

Cempion.az goal.com-a istinadən xəbər verir ki, qətərli iş adamının  FİFA-nın keçmiş baş katibi Jerom Valkeyə rüşvət verdiyi bildirilib.

İsveçrə Baş Prokurorluğu hesab edir ki, J. Valke 2013 - 2015-ci illərdə rüşvət qarşılığında FİFA-dakı vəzifəsindən sui-istifadə edərək, 2018, 2022, 2026 və 2030-cü ildəki dünya çempionatının oyunlarının  yayımlamaq hüququnu "BeIN Media Group"un əldə etməsinə köməklik göstərib. Keçmiş baş katibin bunun müqabilində 1,25 milyon avro rüşvət aldığı iddia olunur.

Prokurorluğun bildirdiyinə görə, N.Əl-Xəlaifi teleyayım hüquqlarına yiyələnmək üçün Valkeyə Sardiniyada villa hədiyyə edib.