cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

Koutinyonun "Neftçi"yə dabanla vurduğu qol ən yaxşı seçildi - VİDEO

21.02.2020 17:12 Oxundu 360


“İnter”in Avropa Liqası tarixində vurduğu ən gözəl 3 qol açıqlanıb.

Cempion.az xəbər verir ki, UEFA “neradzurra”nın bu turnirdəki ən baxımlı qollarını müəyyənləşdirib. Həmin toplar arasında 2012-13 mövsümündə “Neftçi” ilə görüşdə vurulan qol da var.

Qrup mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionundakı matçda Azərbaycan təmsilçisi üzərində 3:1 hesablı qələbə qazanan milanlılarda 10-cu dəqiqədə Filipp Koutinyonun dabanla vurduğu qol fərqləndirilib.

Həmçinin 1997-98 mövsümündə “Latsio” ilə görüşdə Xavyer Zanetti və 2014-15 mövsümündə Fredi Quarinin “Seltik”in qapısından keçirdiyi qol ən yaxşılar sırasında göstərilib.