cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

Ronaldo siyahıdan kənarda qalıb

21.02.2020 12:15 Oxundu 411

PSJ-nin braziliyalı futbolçusu Neymar hazırda dünyanın ən güclü 5 oyunçusunun adını çəkib.
Cempion.az xəbər verir ki, nə qədər qəribə olsa da, o siyahısına Kriştianu Ronaldonu daxil etməyib. Neymarın “Top 5-lik”inə “Barselona”dan Lionel Messi və Luis Suares, PSJ-dən komanda yoldaşı Kilian Mbappe, “Mançester Yunayted”dən Pol Poqba və “Real”dan Eden Azard daxildir.

Qeyd edək ki, braziliyalı futbolçu bu mövsüm Fransa çempionatında keçirdiyi 14 oyunda 13 qol vurub və 6 məhsuldar ötürmə verib.