21.02.2020 13:15
400

‘’İnter’’ qış transfer dönemində heyətinə cəlb edə bilmədiyi Alonsonu yenidən gündəminə alıb.
Cempion.az “Corriere dello Sport” nəşirinə istinadən xəbər verir ki, Milan təmsilçisi 29 yaşındakı sol cinah müdafiəçisini uyğun qiymətə heyətinə cəlb etmək istəyir, amma ‘’Çelsi’’ rəhbərliyi Marko Alonso üçün 30 milyon avro tələb edir. "İnter" rəhbərliyi isə bu məbləği aşağı salmaq üçün danışıqları davam etdirir.
Qeyd edək ki, ispaniyalı müdafiəçi çıxdığı 15 rəsmi oyunda 3 qol vurub.