cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

"Konsadole Sapporo" klubu bilet satışını dayandırıb

21.02.2020 14:50 Oxundu 402


Yaponiyanın əsas liqasında çıxış edən "Konsadole Sapporo" klubu koronavirusa görə yeni mövsüm üçün bilet satışlarını dayandırdığını açıqlayıb.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, bu addım virusun yayılmasının qarşısını almaq məqsədi daşıyır: "Hazırda çempionat rəhbərliyi və maraqlı tərəflərlə ilk ev oyununu necə keçirəcəyimizi müzakirə edirik. Məhz bu səbəbdən, fevralın 19-da başlayan bilet satışını dayandırdıq".

Qeyd edək ki, Yaponiyada yeni mövsümə sabah start veriləcək. "Konsadole Sapporo" klubu ilk ev oyununu martın 7-də "Qamba Osaka" komandasına qarşı keçirəcək.