21.02.2020 18:30
411


"PSJ" ilə müqaviləsi bitəcək olan Tiaqo Silva mövsüm sonunda "Milan"a transfer ola bilər.
Cempion.az xəbər verir ki, "TMW" nəşirinə müsahibə verən mudafiəçinin meneceri Paulo bunları deyib:
“Əyər "PSJ" klubu mövsümün sonunda Tiaqo Silva ilə müqavilə uzatmasa və Milan rəhbərliyindən təklif gələrsə qəbul edərik. İrəlidə hər şey mümkündür".
Xatırladaq ki, brazilyalı müdafiəçi 2012-ci ildə İtaliya klubundan 42 milyon avroya Fransa təmsilçisinə transfer olmuşdu.
Qeyd edək ki, 35 yaşındakı Silva bu mövsüm PSJ formasıyla 29 oyuna çıxıb.