21.02.2020 15:15
554

Avropa Liqasının 1/16 final mərhələsinin "Xetafe" - "Ayaks" (2:0) qarşılaşmasında maraqlı hadisə baş verib.
Cempion.az xəbər verir ki, meydan sahiblərinin oyunçusu Allan Niom, Rayan Babellə ikili mübarizə zamanı yerə yıxılıb. Hakim oyunu dayandırıdıqdan sonra niderlandlı yarımmüdafiəçi əsəbləşərək rəqibinin simuliyasiya etdiyini bildirib. O, hətta yerə yıxılaraq Allan Niomu təqlid edib.