cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

"Ayaks"dan MLS klubuna

21.02.2020 20:00 Oxundu 432

MLS klubu "Cincinnati" heyətinə yeni futbolçu cəlb edib.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, "Cincinnati" klubu "Ayaks"la müqaviləsi bitən 31 yaşındakı niderlandlı futbolçu Siem de Yonqu transfer edib. Müqavilənin şərtləri isə yaxın günlərdə açıqlanacaq.
Xatırladaq ki, karyerasına Ayaksda başlayan De Yonq , İngiltərə klubu "Nyukasl Yunayted", Avstraliyada "Sidney" və ölkəsində "PSV" komandalarının formalarını geyinib.

Qeyd edək ki, futbolçu bu mövsüm Ayakısın heyətində 7 oyun keçirib.