cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

AFFA-da klub nümayəndələri ilə görüş keçirilib

21.02.2020 16:47 Oxundu 418


AFFA-nın inzibati binasında Premyer Liqada iştirak edən klubların futbol akademiyalarının koordinatorları və nümayəndələri ilə görüş keçirilib.
Cempion.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, aşağı yaş qrupları üzrə yığma komandaların Fitnes və kondisiya mütəxəssisi – Vladimir Mrdakoviç 12 - 19 yaşlı futbolçuların motorik keyfiyyətlərinin qiymətləndirilməsi və inkişafı istiqamətində görüləcək işlər barədə danışıb.

Qeyd edək ki, görüşdə AFFA-nın Texniki direktoru Bernhard Lippert və aşağı yaş qrupu üzrə yığma komandaların koordinatoru Miloş Velebitin də iştirak edib.