22.02.2020 12:00
475


"Neftçi"nin bəzi legionerləri yeni müqavilədə maaşlarının artırılmasını tələb edib.
Cempion.az-a daxil olan məlumata görə konkret olaraq, söhbət Dabo, Monroz və Dariodan gedir.
Lakin rəhbərlik bildirib ki, ilin əvvəllindən bu məsələyə baxılması çox tezdir. Büdcəyə görə, maaş artımına yalnız 2021-ci ildən baxıla bilər. Ya da başqa bvir variant var. Komanda yayda avrokuboklarda uğurlu çıxış edib ən azı 3 mərhələ keçəcəyi halda o zaman futbolçulara yaxşı mükafat veriləcək ki, sözügedən futbolçular da şəxsi büdcələrini artıra biləcək.