cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

Vaqif Sadıqov Məşqçilər Komitəsindən gedəcək? - EKSKLÜZİV!
 

22.02.2020 13:00 Oxundu 436

Məlum olduğu kimi, Vaqif Sadıqov yanvarın 28-də keçirilən AFFA-nın konfransı zamanı vitse-prezident postuna təyin olunub. Bundan sonra çoxları düşünürdü ki, Sadıqov daha məsul posta yiyələndikdən sonra Məşqçilər Komitəsinin rəhbəri postundan gedəcək.

Lakin Cempion.az-a daxil olan məlumata görə, Sadıqovun belə bir fikri yoxdur.

Heç AFFA rəhbərliyi də onun qarşısında belə bir tələb qoymayıb. Odur ki, təcrübəli mütəxəssis bundan sonra iki postda çalışacaq.
Maraq üçün deyək ki, Məşqçilər Komitəsindəki fəaliyyətinə görə Sadıqov AFFA-dan əlavə paket alır.