22.02.2020 16:00
428

“Bakı“nın yetirməsi Nurlan Novruzov karyerasını Estoniyada davam etdirəcək.
Cempion.az xəbər verir ki, bu barədə hücumçu sosial şəbəkə hesabından paylaşım edib.
27 yaşlı futbolçu “Narva Trans”a transfer olunub. Nurlan yeni komandası ilə 1 illik müqavilə imzalayıb. O, ötən mövsüm Moldovada - "Dinamo Avto"da çıxış edirdi.
Razırda fəaliyyət göstərməyən “Bakı”nın tərkibində Azərbaycan Premyer Liqasının bombardiri olmuş Nurlanın bir ara Türkiyədə – həvəskar “Dersimspor 62”da da oynayıb.
Daha öncə “Bakı“, “Səbail” və “Zirə”də forma geyinən forvardı Estoniyaya Cenk Özcan dəvət edib. Türkiyəli mütəxəssisin çalışdırdığı “Narva Trans”ondan əvvəl daha bir azərbaycanlını – 17 yaşlı Əsgər Mehdiyevi heyətinə qatıb.