22.02.2020 17:00
493


Ramil Şeydayevin "Sabah"a transferi heç də birmənalı qarşılanmadı. Çoxları bunu geriyə addım kimi qiymətləndirdi. Lakin futbolçu özü bildirdi ki, "Sabah"a müvəqqəti gəlib və klubla da danışıqları belə olub ki, əgər ölkə xaricindən sərfəli təklif gələrsə, klub onun gedişinə maneçilik yaratmayacaq.
Cempion.az xəbər verir ki,tərəflər arasında başqa bir danışıq da olub.
İş ondadır ki, klub əgər avrokuboklara vəsiqə qazanarsa, Ramil avrokuboklarda da "Sabah"ın şərəfini qoruyacaq.