cümə axşamı, 01 may 2025

DİGƏR NÖVLƏR

Məşhur şirkət Azərbaycan üçün seçim etdi

22.02.2020 17:37 Oxundu 414


Pirelli” şirkəti bu il keçiriləcək "Formula 1" üzrə Azərbaycanda Qran-prisi üçün şin seçimini edib.

Cempion.az xəbər verir ki, İtaliya şirkətinin C2 (sərt), C3 (orta) və C4 (yumşaq) şinləri Bakıda komandaların ixtiyarında olacaq.

Eyni təkərlər Avstraliya, Bəhreyn, Vyetnamda və təxirə salınan Çin Qran-prisində də istifadə olunacaq. C2 və C3 şinləri məcburi adlanır - komandalar hər birindən azı bir dəst sifariş etməlidirlər.

Bu il Azərbaycan Qran-prisi bu il 5 - 7 iyunda keçiriləcək.