cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

"Real" Benzema ilə yeni müqavilə imzaladı

22.02.2020 18:20 Oxundu 421


"Real" futbolçusu Kərim Benzema ilə yeni müqavilə imzalayıb.

Cempion.az "AS" nəşrinə istinadən xəbər verir ki, fransalı hücumçu ilə müqavilənin müddəti 2022-ci ilin yayına kimi uzadılıb.

Bildirilib ki, klub bunu elan etmək üçün bu mövsümün sonuna kimi gözləməyə qərar verib.

Qeyd edək ki, Benzema bu mövsüm 32 matçda 18 qol vurub, 9 qolun ötürməsini verib.