cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

Ronaldo Batistutanın rekordunu təzələdi

23.02.2020 16:00 Oxundu 406

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo A Seriyasının 25-ci turunda hazırda SPAL-la keçirilən oyunda hesabı açıb.

Cempion.az xəbər verir ki, portuqaliyalı hücumçu bununla A Seriyasında ardıcıl 11-ci oyununda qol vurub.

O, bu göstəricidə Qabriel Batistuta (“Fiorentina”) və Fabio Kualyareallanın ("Sampdoriya") rekorduna şərik olub. Batistuta 1994-1995, Kualyarella isə 2018-2019 mövsümündə ardıcıl 11 oyunda qol vurub.

Ronaldo bu göstəriciyə “Real”da çıxış edərkən La Liqa və Çempionlar Liqasında da nail olub.