459
UEFA-nın səsvermə ilə müəyyənləşdirdiyi Avropada ən yaxşı futbolçu mükafatına 3 namizədin adı açıqlanıb. Sorğunun ikinci mərhələsindən sonra 10 nəfərlik siyahıda yer alan 7 futbolçu mübarizəni dayandırıb.Mükafat uğrunda mübarizəni yekun səsvermədə İspaniya klublarının futbolçuları davam etdirəcək. Avropada mövsümün futbolçusu olmağa iddialılar Madrid təmsilçiləri “Real” və “Atletiko”nun üzvləridi. Bunlar Kriştianu Ronaldo, Qaret Beyl (hər ikisi “Real”) və Antuan Qrizmanndı (“Atletiko”).
İlk “onluq”da növbəti yerləri isə Luis Suares, Lionel Messi, Canluici Buffon, Pepe, Manuel Noyer, Toni Kroos və Tomas Müller tutublar.
Qeyd edək ki, UEFA-ya üzv olan 55 ölkədən olan jurnalistlər arasında keçirilən sorğunun qalibi avqustun 25-də, Çempionlar Liqasının püşkatması zamanı açıqlanacaq.