cümə, 03 aprel 2026

DÜNYA FUTBOLU

Ersun Yanal istefa verdi

23.02.2020 23:39 Oxundu 522

Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Ersun Yanal istefaya gedib.
Cempion.az xəbər verir ki, "Fənərbağça"nın baş məşqçisi Ersun Yanal "Qalatasaray"a (1-3) məğlubiyyətdən sonra istefa verdiyini açıqlayıb. 58 yaşlı mütəxəssis bu istəyini klub prezidenti Ali Koça da bildirəcək. Bununla bağlı rəsmi qərar tərəflər arasında keçiriləcək görüşdən sonra açıqlanacaq.