cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

Ali Koç onu təhqir edən azarkeşlərlə əlbəyaxa oldu - VİDEO

24.02.2020 14:36 Oxundu 390


“Qalatasaray”ın derbidə “Fənərbaxça”nı 3:1 hesabı ilə məğlub etməsindən sonra “Şükrü Saracoğlu” stadionunda qalmaqal yaşanıb.

Cempion.az xəbər verir ki, 21 il sonra rəqibinə Kadıköydə məğlub olan “Fənərbaxça”nın azarkeşləri klubun prezidenti Ali Koçla baş məşqçi Ersun Yanalın ünvanına təhqiramiz ifadələr işlədiblər.

Ali Koç bu təhqirlərə dözməyib protokol tribunasından aşağı düşərək azarkeşlərin üzərinə atılıb.