24.02.2020 17:40
402


Çempionlar Liqasının 1/8 finalında keçiriləcək daha iki oyun üçün hakim təyinatları açıqlanıb.
Cempion.az xəbər verir ki, fevralın 25-i oynanılacaq matçlar aşağıda adları qeyd olunan hakimlərə həvalə olunub:
"Napoli" - "Barselona"
Hakimlər: Feliks Brix, Mark Borş, Ştefan Lupp, Harm Osmers (hamısı Almaniya)
"Çelsi" - "Bavariya"
Hakimlər: Klement Turpin, Nikolya Danos, Siril Qrinqor, Frank Şnayder (hamısı Fransa)
Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə 00:00-da başlayacaq.