24.02.2020 13:50
387


“Bordo” ilə oyunda Edinson Kavani "PSJ''-nin heyətində 200-cü qolunu vurub.
Cempion.az xəbər verir ki, bununla da uruqvaylı hücumçu klub tarixində bu həddə çatan ilk futbolçu kimi tarixə düşüb. Bunun üçün ona 298 oyunda çıxış etmək lazım gəlib. Kavani 138 dəfə Fransa Liqa 1-də, 32 dəfə ölkə kuboku oyunlarında fərqlənib, UEFA Çempionlar Liqasında isə 30 qol vurub.
"PSJ" tarixinin ən məhsuldar 10 oyunçusunun siyahısını təqdim edirik:
1. Edinson Kavani 200
2. Zlatan İbrahimoviç 156
3. Pedru Pauleta 109
4. Dominik Roşto 100
5. Mustafa Daleb 98
6. Fransua M`Pele 95
7. Saffet Suşiç 85
8. Kilian Mbappe 84
9. Anxel Di Mariya 81
10. Rai 72