cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

Cənubi Koreyada çempionat təxirə salınıb

24.02.2020 13:10 Oxundu 379


Futbol üzrə Cənubi Koreya çempionatında ilk turun oyunları qeyri-müəyyən müddətə təxirə salınıb.
Cempion.az xəbər verir ki, səbəb kimi koronavirus epidemiyası göstərilib.
Çempionat fevralın 29-da start götürməli idi.

Qeyd edək ki, Cənubi Koreyada koronavirusa yoluxanların sayı 763 nəfərdir. 7 insan isə bu virusa görə dünyasını dəyişib. Bununla əlaqədar vətəndaşlara izdihamlı yerləri ziyarət etməmək və evdə qalmaq tövsiyə olunub. Həmçinin məktəblərdə tədris ilinin başlaması da təxirə salınıb.