24.02.2020 20:00
439

“Ayaks” heyətini yeni futbolçu ilə gücləndirib.
Cemрion.az klubun saytına istinadən xəbər verir ki, Amsterdam təmsilçisi “San Paulo”dan Antoni Mateus dos Santosu transfer edib. Onunla 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.
Erediviziya təmsilçisi 20 yaşlı braziliyalı yarımmüdafiəçi üçün bonuslarla birlikdə 21 milyon avro ödəyib. Santos yayda “Ayaks”a qoşulacaq.