cümə axşamı, 01 may 2025

GÜLƏŞ

Cüdoçularmızdan 4 medal

24.02.2020 15:10 Oxundu 542


Azərbaycanın paracüdo üzrə milli komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya kubokunda iştirak edib. 
Cempion.az Milli Paralimpiya Komitəsinin rəsmi sayıtına istinadən xəbər verir ki, 15 ölkənin iştirak etdiyi yarışda idmançılar 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Qeyd edək ki, qızıl medalı Hüseyn Rəhimli (81 kq) aktivinə yazdırıb. Rövşən Səfərov (90 kq) gümüş, Namiq Abbaslı (66 kq) və Murad Əliyev (60 kq) isə bürünc medallara layiq görülüblər.