cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

Maksim 300-ə çatdı

24.02.2020 16:50 Oxundu 361

Azərbaycan Premyer Liqasının XVIII turu “Qarabağ”ın futbolçusu Maksim Medvedev üçün yubileylə əlamətdar olub.
Cempion.az xəbər verir ki, təcrübəli müdafiəçi ölkə çempionatlarının yüksək liqasında 300-cü oyununu keçirib. Bu, “Sumqayıt”la ev oyununa (1:0) təsadüf edib. Maksimin debütü 2006/07 mövsümündə gerçəkləşib. O, 14-cü mövsümü keçirdiyi Premyer Liqada yalnız bir klubda çıxış edib.

Qeyd edək ki, Medvedevin hesabında 10 qol var.