cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

Abdullah Avcı millimizdən imtina edib

24.02.2020 18:15 Oxundu 410

Abdullah Avcı AFFA-nın təklifinini qəbul etməyib.
Cempion.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssisin assosiasiyanın təklifini rədd etməsinə səbəb kimi Super Liqada böyük klublardan birində çalışmaq istəyi göstərilib. Son klubu "Beşiktaş” olan Avcı hazırda "Fənərbaxça”nın baş məşqçisi olmağa ən real namizəd göstərilir.
Super Liqanın XXIII turunda "Qalatasaray”a öz meydanında 1:3 hesabı ilə məğlub olan "sarı-lacivərdlilər”də Ersun Yanalın istefaya göndərilməsi və onu Avcının əvəzləməsi müzakirə mövzusudu. Abdullah Avcının da məhz bu üzdən yığmamızı çalışdırmaq təklifini qəbul etmədiyi vurğulanıb.