cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

"Çelsi"klubu  Ziyeşlə müqavilənin şərtlərini açıqladı

24.02.2020 18:30 Oxundu 409


Hollandiya"Ayaks"ının futbolçusuHakim Ziyeşin İngiltərənin"Çelsi"klubuna transferi edildiyi barədə xəbər vermişdik.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Mərakeşli futbolçu iyulun 1-dən "zadəganlar"a qoşulacaq. "Çelsi" yarımmüdafiəçini 40 milyon avroya transfer edib. Bonuslarla birgə bu məbləğə 4 milyon avro əlavə edilə bilər.

Qeyd edək ki, "Ayaks"da 2016-cı ildən çıxış edən Hakim Ziyeş cari mövsüm ərzində bütün yarışlarda 32 oyuna 8 qol vurub.