24.02.2020 18:45
438

Fransa çempionatının 23-cü turunda "PSJ" doğma meydanda "Bordo" üzərində 4:3 hesablı qalibiyyət əldə edib.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, Paris təmsilçisinin hücumçusu Mbappe komandasının heyətində 85-ci qolunu vurub. Bununla da o, Safet Suşiçi qabaqlayaraq klub tarixinin ən məhsuldar 7-ci futbolçusu olub.
Qeyd edək ki, komandanın ən çox qol vuran oyunçusu Edinson Kavanidir. Uruqvaylı hücumçunun hesabında 200 qol var.