25.02.2020 12:00
440


Bir vaxtlar Azərbaycan çempionatında çıxış etmiş albaniyalı futbolçu oran Arnaut Cempion.az-a eksklüziz açıqlama verib.
O öncə Azərbaycan çempionatı və sabiq klubu "İnter" haqda danışıb: "Azərbaycan çempionatını yaxından izləməsəm də, məlumatım var. Bilirəm ki, komanda sayı xeyli azalıb və çempionatın səviyyəsi aşağı düşüb. Artıq "İnter", "Bakı" və "Xəzər Lənkəran" kimi klublar yoxdur. Bu isə yaxşı hal deyil. Düşünürəm ki, "Keşlə" özünü "İnter"in sələfi saysa da "İnter" deyil".
Arnaut həmyerlisi Ansi Aqolli haqda da danışıb: "Aqolli həm yaxşı oğlan, həm də yaxşı futbolçudur. Onun "Qarabağ"dakı çıxışlarını izləyirdim. Deyərim ki, Ansi "Qarabağ" üçün az iş görmədi və komandanın uğurlarında onun da böyük payı var".