25.02.2020 13:00
598

Bildiyiniz kimi, ölkə başçısının göstərişi ilə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması üçün ilkin olaraq 5 milyon manat vəsait ayrılıb. İlkin açıqlamaya görə, yeni arenaın tutumu 15900 nəfər olmalıydı.
Cempion.az xəbər verir ki, iş icraçıları layihədə dəyişiklik etmək istəyir.
Söhbət tutumun 15900-dən 10 minə qədər azaldılmasından gedir. Bunun səbəbi isə məlum deyil. Düzdür, ortada hər hansı bir rəsmi açıqlama yoxdur. Amma bu günə qədər layihənin ictimaiyyətə təqdim olunmaması da bu şübhələri artırır.