25.02.2020 17:00
454


"Neftçi"nin baş məşqçisi Füzuli Məmmədovun "Pro" kateqoriyası yoxdur.
Cempion.az xəbər verir ki, Bordinin əvəzlədikdən sonra rəhbərlik bu məsələdə Məmmədova kömək edəcəyini söz vermişdi.
Bildirilmiışdi ki, ən qısa zamanda onun sənədləri və "Pro" üçün lazım olan məbləğ AFFA-ya təqdim olunacaq. Lakin əldə etdiyimiz son məlumata görə, rəhbərlik hələlik sözünü tutmayıb. Bu isə səbəbsiz deyil. Rəhbərlik mövsümün yekununu gözləyir. Məmmədov uğurlu olsa ona kömək ediləcək. Əks halda "Pro" kateqoriyalı başqa məşqçi gətiriləcək və çox güman ki, legioner olacaq.