25.02.2020 14:18
391

Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Cempion.az UEFA-nın saytına istinadən xəbər verir ki, İsveçrədəki tədbir fevralın 28-də Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Bu mərhələdən başlayaraq eyni ölkəni təmsil edən klublar üz-üzə gələ biləcək.
1/8 finalın ilk oyunları martın 12-də, cavab görüşləri isə 1 həftə sonra oynanılacaq.