cümə axşamı, 19 iyun 2025

DİGƏR NÖVLƏR

Koronavirusa görə Avropa çempionatı ləğv edildi

25.02.2020 16:23 Oxundu 411


Çində ortaya çıxan və sürətlə yayılan koronavirus epidemiyası İtaliyada daha bir yarışın baş tutmamasına səbəb olub.

Cempion.az xəbər verir ki, Linyano-Sabbyadoro şəhərində görmə məhdudiyyətli idmançılar arasında keçirilməli olan paraüzgüçülük üzrə Avropa çempionatı ləğv olunub.

Bu səbəbdən turnirə yollanan yığmalar artıq öz ölkələrinə qayıdıblar. İtaliyada koronavirusa yoluxanların sayı 150-ni ötüb, onlardan 4-ü dünyasını dəyişib.