cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

AFFA dava-dalaşa görə "Qarabağ"ı ciddi cəzalandırdı

25.02.2020 23:55 Oxundu 438


Fevralın 22-də U-15 Liqasında keçirilən “Qarabağ”- “Sabah” oyununda dava düşüb.

Cempion.az xəbər verir ki, bu haqda AFFA İntizam Komitəsinin bu gün çıxardığı qərarda bildirilib.

Qeyd olunub ki, final fitindən sonra “Qarabağ” və “Sabah”ın bir oyunçusu arasında dava başlayıb. Daha sonra bu dava futbolçular arasında kütləvi hal alıb.  “Qarabağ”dan və “Sabah” daha 3 oyunçu davada iştirak edib. Bu səbəbdən yeniyetmə futbolçuların hər biri 6 oyun cəzalandırılıb.

Ev oyununda təhlükəsizliyi təmin etmədiyi və azarkeşlərin də kütləvi  dava-dalaşda iştirak etməsi səbəbindən “Qarabağ” komandasına  1 oyunu azarkeşsiz keçirmək cəzası verilib. Eyni zamanda,  məsələ ilə bağlı kluba ciddi xəbərdalıq olunub. Növbəti dəfə belə hal baş verəcəyi təqdirdə daha ciddi sanksiyalar tətbiq ediləcək.