cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

U-21 millimizin türkiyəli üzvü: "Azərbaycan klublarından təklif olsa..."

26.02.2020 12:22 Oxundu 386


"Yomraspor"da işlərim yaxşı gedir. Oyunlara çıxıram. Azərbaycan klublarından təklif almamışam. Amma matçları izləyirlər".

Cempion.az xəbər verir ki, bunu apasport.az-a Azərbaycanın millisinin (U-21) futbolçusu Doğukan Öksüz deyib.

Yığmamızın aparıcı üzvü karyerasını ölkəmizdə davam etdirmək istədiyini etiraf edib. O, gələcək təklif əsasında qərar verəcək: "Azərbaycanda bütün klubların səviyyəsi yaxşıdır.

Premyer Liqanı izləyirəm. Yığmada komanda yoldaşlarım olan futbolçuların oyunlarına da baxıram. Azərbaycan klublarından təklif olarsa, hər şey şərtlərdən asılı olacaq. Yəni xidmətimdə maraqlı olsalar, dəyərləndirə bilərəm".