26.02.2020 13:00
520


AFFA-nın millininm yeni baş məşqçisinin adını açıqlayacağı tarix təxmini bəlli olub.
Cempion.az-ın AFFA-ya yaxın mənbələrdən əldə etdiyi məlumata görə, bu açıqlama martın 3-dən sonra olacaq.
3-ə kimi heç bir təyinat olmayacaq bu, dəqiqdir. Səbəbinə gəlincə, martın 3-də Millətlər Liqasında növbəti seçmə mərhələnin püşkü atılacaq. Məhz həmin püşkatmadan sonra rəqiblərimiz bəlli olacaq. Rəqiblər bəlli olandan sonra hədəflər məlum olacaq. Yalnız bundan sonra bu qrupa və hədəflərə uyğun baş məşqçi seçiləcək. Ancaq dəqiq olan odur ki, seçimdə heç bir dəyişiklik olçmayacaq. Yəni millinin yeni baş məşqçisi də legioner olacaq.