cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

Aldadılan Alxasov

26.02.2020 14:00 Oxundu 653

Nazim Süleymanovun rəhbəri olduğu AFFA Həmkarlar İttifaqından ayrılan Babək Alxasov hələ də işsizdir.

Cempion.az xəbər verir ki, bu durum Alxasovu pis vəziyyətdə qoyub.

Gəzən söhbətlərə görə, həmkarlar ittifaqından ayrılacağı halda Alxasova işlə bağlı vəd verilmişdi. Təbii ki, AFFA tərəfindən. Bu ayrılıqda futbol veteranlar ittifaqının sədri Oqtay Abdullayev də böyük rol oynamışdı. Alxasovla birlikdə həmkarlar ittifaqını tərk edən Əfqan Talıbov artıq "Turan Tovuz"un müşahidə şurasına daxil edilib və ən azı ayda 3-5 manat cibinə pul gedəcək. Talıbovu Tovuz kllubuna yerləşdirən Oqtay Abdullayev Alxasova da AFFA-nın bir iş tapacağına ümid etsə də ümidləri puça çıxıb. Çünki U-21-in sabiq köməkçi-məşqçisi üçün hələlik vakansiya yoxdur. Halbuki Nazim Süleymanovun yanından ayrılacağı halda qısa zamanda onun işlə təmin olunacağı gözlənilirdi.