cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

Koronavirusa görə Avro-2020-nin ev sahibliyində dəyişiklik ola bilər

26.02.2020 16:00 Oxundu 415


AVRO-2020-ni qəbul edəcək şəhərlərin siyahısında dəyişiklik ola bilər.

Cempion.az xəbər verir ki, bu barədə UEFA-nın vitse-prezidenti Mişel Uva koronavirus epidemiyasının Avropa çempionatına mümkün təsiri barədə danışarkən deyib.

Qurum rəsmisi bildirib ki, oyunlara ev sahibliyi edəcək ölkələrdən hansısa ölümcül virusa qarşı təminat verməsə, həmin şəhəri başqası ilə əvəz edə bilərlər.

M.Uva virusun Avropada geniş şəkildə yayılacağı halda, Çempionlar Liqası və Avropa Liqasında mübarizənin dayandırıla biləcəyini də istisna etməyib.

AVRO-2020-nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.