cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

Özildən növbəti  xeyriyyə addım - Video

26.02.2020 11:35 Oxundu 439


İngiltərə "Arsenal"ının futbolçusu Mesut Özil növbəti xeyriyyə aksiyasını həyata keçirib.
Cempion.az xəbər verir ki, türk əsilli alman yarımmüdafiəçi Hindistanın Benqalor şəhərində 23 uşağın əməliyyat xərclərini öz üzərinə götürüb. Özil bu addımı uzun müddətdir əməkdaşlıq etdiyi "Big Shoe" xeyriyyə təşkilatı ilə birgə atıb. Onun meneceri Erkut Sögüt Hindistana gedərək, əməliyyatdan çıxan uşaqları yerindəcə ziyarət edib.

Qeyd edək ki, Mesut Özil yanvarda Uqandada 19 uşağa yardımçı olub.