26.02.2020 12:47
401


İngiltərənin "Arsenal" klubu yayda müdafiə xəttini gücləndirmək istəyir.
Cempion.az "Bild"ə istinadən xəbər verir ki, "topçular" Almaniyanın "Bayer" komandasının müdafiəçisi Conatan Tanı transfer etmək istəyir. London klubu 24 yaşlı futbolçunun keçidi üçün 40 milyon avro ödəməyə hazırdır.
"Arsenal"la yanaşı, Madrid "Atletiko"su da Fil Dişi Sahili əsilli futbolçu ilə maraqlanır.
Qeyd edək ki, "Bayer" Almaniya millisinin üzvünü 2015-ci ildə "Hamburq"da 7,5 milyon avroya transfer edib. Ta bu mövsüm Leverkuzen klubunda 26 oyun keçirib.