cümə axşamı, 01 may 2025

DİGƏR NÖVLƏR

​Bolqarıstan DÇ-dan imtina edib

26.02.2020 13:45 Oxundu 376


Bolqarıstan Hokkey Federasiyası gənclər arasında dünya çempionatını keçirməkdən imtina edib.
Cempion.az "Monitor" nəşrinə istinadən xəbər verir ki, səbəb kimi koronavirus epidemiyası göstərilib. Təşkilatçılar, qapalı məkanlarda kütləvi tədbirlərin ləğv edilməsini tələb edən Bolqarıstan hökumətinin nəzdində koronavirusun yayılmasına qarşı mübarizə üçün böhran qərargahının tövsiyələrini qəbul ediblər.

Yarışın daha öncə fevral-mart aylarında Çində keçiriləcəyi planlaşdırılıb. Lakin koronavirus səbəbindən Bolqarıstana köçürülüb. 

Paytaxt Sofiyadakı B qrupunun oyunlarında 23 - 29 martda Bolqarıstan, Avstraliya, Xorvatiya Hollandiya və İspaniya komandaları iştirak etməli idi.