26.02.2020 13:35
350


Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Londonda “Bavariya”ya məğlub olduqdan sonra “Çelsi”nin baş məşqçisi uğursuzluq haqda danışıb.
Cempion.az xəbər verir ki, O, münhenlilərin güclü olduğunu etiraf edib: “Biz çox pis oynadıq. Bəzən maksimal dərəcədə ədalətli olmalısan. Bəli, “Bavariya” bütün komponentlərdə bizdən güclü idi. Məhz münhenlilər güclü olmasının sayəsində ÇL və bundesliqada çempionluq uğrunda mübarizə aparır. Məğlubiyyəti qəbul etməli və işləməliyik. Ümid edirəm ki, futbolçularım “Bavariya”nın oyunçularından çox şey öyrənəcək. Biz məhz bu səviyyəyə yüksəlməliyik”.