cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

“Valensiya”da baş məşqçi dəyişikliyi ola bilər

26.02.2020 14:35 Oxundu 386

Manuel Pelleqrini “Valensiya”nın baş məşqçisi ola bilər.
Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, artıq klub rəhbərliyi çilili mütəxəssislə görüş keçirib. Amma hələ ki, Pelleqrini razılıq verməyib.
Xatırladaq ki, “Valensiya” mövsümə Marselino Qarsiya Toralla başlamış, amma sonradan Albert Selades komandanın “sükanı arxası”na keçmişdi. Pelleqrini isə ötən ilin dekabrında “Vest Hem”dən istefaya göndərilib.